AZ

Yanacaq qiymətindəki artım taksi xidmətlərində bahalaşmaya səbəb olmayacaq Ekspert

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Dizel və benzinin qiymətinin qalxması taksi xidmətlərində dərhal tarif artımı olacağı anlamına gəlmir. Tariflər sutkanın saatlarına, hava şəraitinə və tələbat səviyyəsinə görə formalaşır. Bu baxımdan yanacaq qiymətindəki artım taksi xidmətlərində bahalaşmaya səbəb olmayacaq”.

Bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

O bildirib ki, taksi fəaliyyətində istifadə olunan avtomobillərin böyük əksəriyyəti hibrid avtomobillərdir:

“Şəhərdaxili hərəkətin intensiv olduğu şəraitdə hibrid mühərriklər daxiliyanma mühərriki ilə müqayisədə daha az yanacaq sərf edir və bu, sürücülərin gündəlik xərclərini əhəmiyyətli dərəcədə azaldır. Bu amil yanacaq xərclərinin təsirini minimuma endirir. Ona görə də hibrid avtomobillər taksi sektoru üçün hazırda ən optimal seçim hesab olunur. Bu səbəbdən də hazırki məqamda taksi qiymətlərində artım olacağı gözlənilən deyil. Hesab edirəm ki, daşıyıcılar texnoloji yeniliklər və əlavə gəlir mənbələri hesabına da xərcləri optimallaşdıraraq qiymət artımına getmədən fəaliyyətlərini davam etdirə bilərlər”.

Sevinc Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
525.az

1Mənbələr