AZ

UFC-nin gözəli onunla eşq yaşayır

UFC-nin yarı ağır çəkidə çempionu Aleks Pereyra yeni il münasibətilə paylaşdığı fotolarla yeni sevgi münasibətini rəsmi elan edib.

Publika.az xəbər verir ki, Pereyranın sevgilisi Tresi Kortesdir.

O, 1993-cü ildə Arizona ştatının paytaxtı Finiqsdə anadan olub. O, Aleksdən 6 yaş kiçikdir. Tresi Meksikadan olan miqrant valideynlərin övladıdır və ailəsi böyükdür. Onun üç qardaşı var. Bu qardaşlar sayəsində Tresi qarışıq döyüş sənətlərinə (MMA) maraq göstərib.

2008-ci ildə Tresi ilk dəfə qardaşı Xosenin UFC veteranı Dru Fiketta ilə döyüşünü izləyib. Həmin il Xose peşəkar karyerasını başa vurub. 2011-ci ildə isə o xərçəngdən vəfat edib. 2024-cü ildə Tresi sol qoluna qardaşının UFC forması ilə okean fonunda təsvir edildiyi tatu çəkdirib.

Seçilən
86
publika.az

1Mənbələr