ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.
“Rusiyanı həqiqətən danışıqlar masasına oturmağa məcbur etmək üçün sanksiyalar da daxil olmaqla, təzyiqlər davam etdirilməlidir”
“Rusiyanı həqiqətən danışıqlar masasına oturmağa məcbur etmək üçün sanksiyalar da daxil olmaqla, təzyiqlər davam etdirilməlidir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Polşanın Baş naziri Donald Tusk "Könüllülər koalisiyası"nın toplantısından sonra deyib.
Baş nazir Paris görüşünün bütün iştirakçılarının Rusiyaya təzyiq göstərməyə, o cümlədən zəruri hallarda məhdudiyyətlər tətbiq etməyə, onu sülh səylərini ciddiyə almağa məcbur etməyə hazır olduqlarına əminlik ifadə edib.
"Polşa Rusiyanın mövqeyinə sadəlövhcəsinə nikbin yanaşmır. Mən Rusiyanın xoşməramlılığına çox şübhə ilə yanaşıram", - Tusk bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.