Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazaxrayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildəyanğın baş verməsi barədə məlumat daxil olub.
Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in DövlətYanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından MühafizəHissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri vətəxirəsalınmaz tədbirlər sayəsində yanğın ətrafa yayılmasına imkanverilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davamedir.
Əlavə məlumat veriləcək.