AZ

İran polisi etirazçıları dəstəkləyib

Ajans.az Bild Telegram kanalına istinadən xəbər verir ki,hadisə video görüntülərə düşüb və bir sıra müstəqil jurnalistlər tərəfindən paylaşılıb. Bildirilir ki, bu olay İran İslam Respublikasının təhlükəsizlik qüvvələri daxilində artan parçalanmanın mühüm göstəricisi ola bilər. Mənbənin məlumatına əsasən, hüquq-mühafizə orqanları əməkdaşlarının bu cür davranışı ölkədəki siyasi qeyri-sabitliyin dərinləşdiyini göstərir və təhlükəsizlik qüvvələrinin bir hissəsinin etirazçılara tərəf keçə biləcəyi ehtimalını artırır. Qeyd edək ki, İranda artıq bir neçə gündür kütləvi hökumət əleyhinə etiraz aksiyaları davam edir. On minlərlə vətəndaş həyatları üçün real təhlükə olmasına baxmayaraq, küçələrə çıxaraq “Diktatora ölüm!” və digər hakimiyyət əleyhinə şüarlar səsləndirir.  

Seçilən
42
Ajans.az

1Mənbələr