AZ

Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşüb

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat verib.

Əslən azərbaycanlı Rusiya vətəndaşı Süleyman Əlixan oğlu Salmanovdan ailəsi bir müddətdir xəbər ala bilmir.

Məlumata görə, o, 154-cü diviziyanın tərkibində Tank Əleyhinə İdarə Olunan Raket bölməsində xidmət edib. Salmanovun Donetsk vilayətində, Toretsk şəhəri istiqamətində, Konstantinovka kəndi və ya qəsəbəsi ərazisində gedən döyüşlər zamanı itkin düşdüyü bildirilir. Hazırda onun taleyi ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırmalar aparılır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
88
yenisabah.az

1Mənbələr