ain.az bildirir, 525.az portalına istinadən.
Ötən ilin yanvar-dekabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət sahələri üzrə 142 min 577 elektron arayış alınıb.
Bu barədə 525.az-a fondun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, həmin arayışların 54 min 436-sı pensiya, 41 min 253-ü müavinət və təqaüd, 31 min 562-si fərdi şəxsi hesab, 5 min 883-ü ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 1 201-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 2 min 121-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 6 min 116-sı əlilliyi olan şəxslərə qulluqla bağlı olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.