Britaniyanın "The Financial Times" qəzeti öz mənbələrinə istinadənyazırki, adıçəkiən şirkətlər aktivlərin satışa çıxarılacağı hərraca qoşulacaqlar. Hərracda alış baş tutacağı təqdirdə aktivlər iki şirkət arasında bölüşdürüləcək.
2025-ci ilin oktyabrın ayının sonlarında ABŞ-nin Maliyyə Nazirliyi həm "Lukoyl"a, həm də Rusiyanın digər böyük neft şirkəti "Rosneft"ə qarşı sanksiyalar irəli sürüb. Nəticədə "Lukoyl" öz beynəlxalq aktivlərini satmaq qərarına gəlib. Nazirlik sanksiyaların səbəbini Moskvanın sülh prosesinə ciddi maraq göstərməməsi ilə əlaqələndirərək, aktivlərinin satışı üçün lisenziya çıxarıb. "Reuters" xəbər agentliyininməlumatınagörə, "Chevron" şirkəti hələ 2025-ci ilin noyabrında bu aktivləri mənimsəmək istədiyini dilə gətrib. Eyni zamanda, Səudiyyə Ərəbistanının"Midad Energy"şirkəti də sözügedən aktivləri almağa iddialıdır.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta