"Mançester Yunayted" 2025/26 mövsümünün sonuna qədər müvəqqəti baş məşqçiyə tapşırıla bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Mənbənin məlumatına görə, klub rəhbərliyi hərtərəfli təhlil aparmaq və tam ştatlı əvəzedici tapmaq istəyir. Ole Qunnar Sulşer və Maykl Karrik müvəqqəti çalışdırıcı vəzifəsinə namizəddirlər. "Mançester Yunayted" rəhbərliyi onlarla görüşlər keçirəcək.
Sulşer hazırda vakant olan vəzifə üçün favorit hesab olunur, lakin son qərar namizədlərlə şəxsi görüşlərdən sonra veriləcək.
Komandanı bu gün "Börnli" ilə keçiriləcək oyuna hazırda klubun texniki direktoru olan 40 yaşlı Darren Fletçer çıxacaq. Onun komandaya ən azı iki oyun rəhbərlik edəcəyi gözlənilir.
"Mançester Yunayted" 2024-cü ilin noyabr ayından bəri komandaya rəhbərlik edən Ruben Amorimi bazar ertəsi istefaya göndərib.