ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
Bir il ərzində ukraynalı hərbçi Oleq Şiryayevin rəhbərlik etdiyi 225-ci Əlahiddə Hücum Alayı Rusiyanın 30 batalyonunu məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, bir il ərzində alay 14946 rus hərbçisini məhv edib ki, bu da rusların 2025-ci ildə Ukraynada verdiyi canlı qüvvə itkisinin 3.5 faizinə bərabərdir.
Ukraynalı hərbi ekspert Kirill Sazonov bildirib ki, ordusunun bütün bölmələri eyni dərəcədə effektiv döyüşsəydi, hər il zərərsizləşdirilən rusların sayı 3,4 milyon nəfər olardı:
“225-ci alay təkcə çağırışçılara qarşı deyil, həm də elit xüsusi təyinatləılar, dəniz piyadaları, “Vaqner”in təcrübəli muzdlularına qarşı da döyüşüb”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.