AZ

Prezidentin sağlamlıq turizmi ilə bağlı səsləndirdiyi fikirlər strateji baxımdan son dərəcə mükəmməldir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə sağlamlıq turizmi ilə bağlı səsləndirdiyi fikirlər strateji baxımdan son dərəcə mükəmməldir. Bu yanaşma ölkəmizin mövcud təbii resurslarının, müasir tibb infrastruktunun və beynəlxalq standartlara uyğun xidmət potensialının düzgün qiymətləndirildiyini göstərir.
Prezidentin vurğuladığı kimi, sağlamlıq turizminin inkişafı təkcə iqtisadi gəlir mənbəyi deyil, eyni zamanda Azərbaycanın beynəlxalq imicinin güclənməsinə, regionların inkişafına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verəcək. Bu baxış gələcəyə hesablanmış, davamlı və məqsədyönlü inkişaf strategiyasının bariz nümunəsidir.
Seçilən
96
newscenter.az

1Mənbələr