AZ

Braziliyalı legioner Azərbaycana qayıtmaqdan imtina etdi Kəpəz də nə baş verir?

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Braziliyalı legioner Azərbaycana qayıtmaqdan imtina etdi - "Kəpəz"də nə baş verir?

"Kəpəz" qış təlim-məşq toplanışına 4 gündü start verib. Amma Cefferson Bentu hələ də kollektivə qoşulmayıb.

QOL.az sportinfo.az saytına istinadən xəbər verir ki, braziliyalının Gəncəyə qayıtmamasının şok səbəbi var.

Belə ki, yeni il tətilində istirahət etmək üçün vətəninə gedən mərkəz müdafiəçisi geri qayıtmaq fikrində deyil. O, bu barədə Qərb təmsilçisinə mejaj göndərib. Hətta 22 yaşlı cənubi amerikalı üçün alınan qayıdış bileti də batıb.

Hazırda stoperin yola gətirilməsi üçün danışıqlar davam edir.

Xatırladaq ki, ötən yay "Kəpəz"ə transfer edilən Ceffersonla mövsümün sonuna qədər qüvvədə olan müqaviləsi var.

O, bu mövsüm 16 görüşdə meydanda çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
3
qol.az

2Mənbələr