Müğənni Aysun İsmayılova "Rəngarəng" verilişində qonaq olarkən şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib.
Publika.az xəbər verir ki, ifaçı ondan imtina edən atası haqqında danışaraq bildirib ki, onu görmək və tanımaq istəyi var:
"Atamı çox görmək istəyərəm. Deyirlər ki, ona çox oxşayıram, bəzi xarakter cəhətlərim var ki, ana tərəfimdə yoxdur. Ona görə də maraqlıdır, onu tanımaq istərdim".
Aysun İsmayılova vurğulayıb ki, valideynlər arasındakı problemlərə görə uşağın cəzalandırılması doğru deyil:
"Qızını görməmək üçün heç bir məcburiyyət ola bilməz. Ata ilə ana arasında baş verənlərə görə uşağın heç bir günahı yoxdur".