AZ

“Sabah” iki önəmli addım atdı, amma… - maraqlı detallar

“Sabah” son iki gündə iki xəbərlə diqqəti üzərinə çəkdi. Klubun böyük tarixi olmasa da, Boyan Letiçi əfsanələrdən hesab etmək olar. Ən çox meydana çıxan ikinci oyunçu, avrokuboklarda ilk qol… Artıq 33 yaşlı sol cinah müdafiəçisi ilə yollar ayrılıb. Murad Musayevin vaxtında parlaq oyun göstərən Letiç Dambrauskasın planlarına daxil deyildi.

Ən vacibi klubun Umarali Raxmonaliyevin transfer hüququna yiyələnməsidi. “Bayquşlar” özbəkistanlı yarımmüdafiəçinin transferi üçün məxsus olduğu Kazan “Rubin”i ilə anlaşıb. 3 illik müqavilə bağlanıb. Çox doğru qərardı. Umarali hazırda çempionatın ən güclü üç dayaq yarımmüdafiəçisindən biridi. Çoxlarının heyran qaldığı Abdulla Xaybullayevlə rəqabəti birmənalı şəkildə qazanıb.

Amma icarə əsasında oynayan başqa futbolçular da var ki, mütləq transfer olunmalıdı. Söhbət Velko Simiç, Aron Maluda və Timoteuş Puxaçdan gedir. Əslində Puxaçın transferinin həll olunduğunu düşünmək olar. Letiçlə yolların ayrılması da buna işarədi. Qarşıdakı günlərdə, ya da yayda “bayquşlar”ın Puxaçın da transfer hüququna sahib çıxacağını gözləmək olar.

“Sabah”ın “beyni”, çempionatın ən parlaq simalarından biri Simiç hazırda “Sivasspor”a məxsusdu.. Çox böyük işlər görür. Bəlkə də heyətdən çıxarılsa, ən çox onun yeri görünər. “Sabah” nə olur-olusn, Simiçi mütləq saxlamalıdı.

Ən çətini isə Aron Maludadı. 19 yaşı var, istedadlıdı, faydası çoxdu və “Lill”ə məxsusdu. Hardan baxsaq, saxlamaq mümkünsüz görünür. Amma “Sabah” bunu bacarsa, gələcəkdə qat-qat artıq pul qazana bilər.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
77
1
football-plus.az

2Mənbələr