Demokrat.az saytına istinadən ain.az xəbər verir.
ATV telekanalında yayımlanan "Afaqla onlar" verilişində maraqlı hadisənin üstü açılıb.AZXEBER.COM xəbər verir ki, verilişdə qonaq olan bəstəkar-müğənni Murad Arifin dostuna görə işdən qovulduğu iddia olunub.Verilişdə danışılan hadisəyə əsasən Murad dostunun toyunda onun yanında olmaq üçün işdən qaçaraq məclisə gedib və bu onun işdən qovulmasına səbəb olub.Murad Arif faktı təsdiqləyib:"Dostumun toyu idi və mən radioda çalışırdım. İşdən tez qaçıb onun yanında olmaq üçün toya getmişdim. Bu həyata yenidən gəlsəm, eyni səhvləri yenə edərdim. Amma bu səhv deyildi. Dostumun yanında olmaq mənə vacib idi. İşdən azad olsam da, demək ki, belə daha yaxşı oldu. Belə şeylər həyatımda çox olub, onlara bir kitab həsr edə bilərəm. Ona görə də bu gün Murad Arif kimi qarşınızdayam".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.