AZ

"Nə qədər axmaq olduğumu düşünürəm" - Messidən etiraf

"İnter Mayami" və Argentina millisinin hücumçusu Lionel Messi meydanda bəzən əsəbiləşdiyini etiraf edib.

Fanat.Az xəbər verir ki, "Ole" superulduzun fikirlərini belə çatdırıb:

"Meydanda başqa cür oluram, dəyişirəm. Mübarizə zamanı əsəbiləşə bilirəm. Sonra geri baxanda düşünürəm ki, necə də axmaq idim".

Qeyd edək ki, 38 yaşlı hücumçu ötən il "İnter Mayami"də 49 oyun keçirib, 43 qol vurub və 26 məhsuldar ötürmə edib.

Messinin klubla müqaviləsi 2028-ci ilin sonuna qədərdir.

Seçilən
9
fanat.az

1Mənbələr