AZ

Fariz Nəcəfov: Legioner limitinin ləğvi yerli futbolçulara tələbatın azalmasına gətirib çıxarıb

Bakı, 7 yanvar, AZƏRTAC

Legioner limitinin ləğvi yerli futbolçulara tələbatın azalmasına gətirib çıxarıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Qəbələ”nin prezidenti Fariz Nəcəfov futbol akademiyasının fəaliyyətinin məhdudlaşdırılmasının səbəbləri barədə danışarkən deyib.

O bildirib ki, əvvəllər gənc futbolçuların satışından əldə edilən vəsait hesabına akademiyanın büdcəsi formalaşdırılırdı. Legioner limitinin ləğvindən sonra isə artıq yerli gənc oyunçulara tələbat demək olar ki, yoxdur: “Bütün bu səbəblərdən akademiyanın fəaliyyətini məhdudlaşdırmalı olduq. Hazırda bu istiqamətdə hər hansı dəyişiklik nəzərdə tutulmur”.

Funksionerin sözlərinə görə, Premyer Liqa klublarının heyətindəki yerli futbolçuların 90 faizi məhz “Qəbələ”nin akademiyasından çıxıb: “Uzun illər akademiyamız ölkədə ən yaxşılardan olub, aşağı yaş qruplarından ibarət komandalarımız dünyanın müxtəlif ölkələrində beynəlxalq turnirlərdə iştirak ediblər. Sadəcə, ötən il maliyyə vəziyyətinə görə akademiyanın fəaliyyətini məhdudlaşdırmalı olduq. Ümid edirdik ki, Əvəzedicilər Liqası ləğv olunacaq və orada çıxış edən komandaya sərf olunan vəsaiti akademiyaya yönəldə biləcəyik. Lakin bu baş vermədi”.

Seçilən
49
azertag.az

1Mənbələr