AZ

Bakıda unikal piyada körpüsü

"Bakı Ağ Şəhər" yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində 8 Noyabr prospekti üzərindən Bakı "Ağ Şəhər" layihəsinin Fəvvarələr meydanı parkını və Ağ Şəhər Bulvarını birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsü inşa edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Uzunluğu 234 metr, eni isə 7-13 metr arası dəyişən piyada körpüsü bir aşırımlı olmaqla layihələndirilib. Piyada körpüsü metal tir aşırım qurğusundan ibarətdir və 1 ədəd pilon dayaqdan vantlar vasitəsilə "asılıb".

Verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini gözəl bir gəzinti edir. Bu səbəbdən körpü "Bakı Ağ Şəhər"də piyadaların rahatlığının təmin edilməsində mühüm rol oynayacaq.

Seçilən
81
25
publika.az

10Mənbələr