AZ

Erməni kilsəsində böhran: Katolikosun taleyi ilə bağlı yol xəritəsi hazırdır

Ermənistanın baş naziri Nikol Paşinyanla bir arxiyepiskopun birgə hazırlayıb imzaladığı yol xəritəsində katolikos II Qareginin vəzifədən uzaqlaşdırılması istiqamətində atılacaq addımların mərhələləri əksini tapıb.

News365.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Davit Stepanyan açıqlama verib.

Onun sözlərinə görə, mövcud vəziyyətdə katolikosun hökumətə qarşı atacağı addımlar məhdud xarakter daşıyır. Stepanyan ehtimal edir ki, II Qaregin ya bütün imkanlarını toplayaraq ölkəni tərk edib Moskvaya üz tuta bilər, ya da Ermənistanda qalaraq kilsə daxilində parçalanmanı dərinləşdirə bilər ki, bu da ağır nəticələrə səbəb ola bilər.

Ekspert bildirib ki, artıq Ermənistanın müdafiə naziri Moskvadan təyin edilmədiyi kimi, kilsə rəhbərinin də Kremlin təsiri ilə formalaşması qəbuledilməzdir. O əlavə edib ki, hazırkı kilsə rəhbərliyi açıq şəkildə Rusiyanın maraqlarına xidmət edir.


Seçilən
124
news365.az

1Mənbələr