AZ

XƏBƏRDARLIQ! Qapalı məkanlarda mütləq bunu edin...

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Hazırda mövsümi infeksiyaların sürətlə yayıldığı müşahidə olunur. Aparılan tədqiqatlar və virusoloqların, infeksionistlərin araşdırmaları göstərir ki, bu dövrdə yayılan infeksiyaların əsas hissəsini qrip və qripə bənzər viruslar təşkil edir. Uşaqlarda bəzi hallarda koksaki və enteroviruslara da rast gəlinir, lakin həm uşaqlar, həm də böyüklər arasında ən geniş yayılmış infeksiya qrip virusudur, xüsusilə də influenza A variantı üstünlük təşkil edir".Bunu Demokrat.az-a açıqlamasında tibb eksperti Şahvələd Məmmədov deyib. O bildirib ki, bu baxımdan 11 yaşa qədər uşaqlar üçün əsas tövsiyə profilaktik peyvəndlərin vaxtında vurulmasıdır:"Yaşlı insanlar, xroniki xəstəlikləri olan şəxslər və 5 yaşa qədər uşaqlar üçün isə mövsümi xəstəliklərin yayıldığı dövrdə qrip əleyhinə peyvənd xüsusilə vacibdir. Bu qrupda olan şəxslər mütləq şəkildə vaksin olunmalıdırlar. Cəmiyyətdə belə bir yanlış fikir formalaşıb ki, xroniki xəstəliyi olan insanlar peyvənd oluna bilməzlər. Əslində isə vəziyyət tam əksinədir. Xroniki xəstəliyi olan şəxslər risk qrupuna daxil olduqları üçün viruslara qarşı daha çox qorunmalıdırlar və bunun ən effektiv yolu qrip əleyhinə profilaktik peyvənddir".Ekspert qeyd edib ki, bundan əlavə, qapalı məkanlarda daha diqqətli davranmaq vacibdir:"Marketlərdə, toplantı və insanların sıx olduğu yerlərdə asqıran və öskürən şəxslərlə məsafə saxlamaq tövsiyə olunur. Gigiyena qaydalarına riayət etmək, əlləri tez-tez yumaq və dezinfeksiya etmək, zərurət olduqda tibbi maskalardan istifadə etmək də yoluxma riskini azaltmaq üçün mühüm əhəmiyyət daşıyır".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
demokrat.az

1Mənbələr