AZ

“Çinin Venesueladakı qanuni hüquq və mənafeləri qorunmalıdır”

525.az saytına istinadən ain.az xəbər verir.

“Venesuela təbii sərvətləri və ərazisi daxilindəki bütün iqtisadi fəaliyyətlər üzərində tam və daimi suverenliyə malik suveren bir dövlətdir”.

525.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinqdə deyib.

O bildirib ki, Çinin və Venesueladakı digər ölkələrin qanuni hüquq və mənafeləri qorunmalıdır. Əlavə edib ki, Çin ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatlarını və ölkənin neft ehtiyatlarının  idarə edilməsi ilə bağlı tələblərini qətiyyətlə pisləyir. ABŞ-ın bu hərəkəti tipik zorakılıq aktıdır, beynəlxalq hüququ, Venesuelanın suverenliyini ciddi şəkildə pozur, xalqın hüquqlarına zərər verir.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
525.az

1Mənbələr