AZ

İmmuniteti nə zəiflədır?

"İmmunitet sisteminin güclü olması bir neçə əsas meyara bağlıdır: balanslı qidalanma, maye qəbulunun yetərli olması, düzgün yuxu rejimi, stresin idarə olunması və aktiv həyat tərzi. Bu amillərdən hər hansı birində pozulma immun sistemini zəiflədə bilər".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirdi.

Ekspert qeyd etdi ki, immuniteti zəiflədən amillər arasında “fast food” və yüksək kalorili qidalarla qidalanmaq, meyvə və tərəvəz yeməmək, yuxu rejiminin pozulması, su və maye qəbulunun az olması, oturaq həyat tərzi, tütün məhsullarından istifadə və spirtli içkilərin qəbulu yer alır:

"Belə pozuntular immun sisteminin fəaliyyətini zəiflədir və sağlamlığı risk altına qoyur. Ona görə də güclü immunitet üçün həyat tərzi və qidalanma vərdişlərinə ciddi diqqət yetirmək vacibdir".

Nuriyyyə NATİQQIZI

Seçilən
119
1
redaktor.az

2Mənbələr