Məşhur aktrisanın meyiti EVDƏ TAPILIB
Ajans.az xəbər verir ki,bu barədə TMZ xəbər yayıb. Məlumata görə, Trkka 12 dekabr 2025-ci il tarixində San Dieqodakı evində vəfat edib. Aktrisanın oğlu TMZ-yə bildirib ki, Ceyn Trkka evində tapılıb. Ölümündən əvvəl dostu bir neçə dəfə ona zəng etsə də cavab ala bilməyib. Evinə çatanda aktrisanın huşsuz vəziyyətdə olduğunu görüb. Dostu dərhal 911-ə zəng edib və təcili yardım xidmətləri gəldikdə Ceynin öldüyü təsdiqlənib. Ölüm səbəbi hələ müəyyən olunmayıb. Ceyn Trkka 27 fevral 1963-cü ildə anadan olub. 1988-ci ildən bodibildinq yarışlarında iştirak edən Trkka, 2000-ci ildə çəkilmiş “Qorxulu Film” komediyasında Miss Mann rolu ilə məşhurlaşıb. O, həmçinin “The Drew Carey Show”, “Don't Forget Your Toothbrush” və bir neçə digər serialda epizodik rollar da oynamışdır.