Bakı. Trend:
İmmunitet sistemi orqanizmi virus, bakteriya və digər zərərlimikroorqanizmlərdən qoruyan mürəkkəb müdafiə mexanizmidir və onunzəifliyi həm tibbi müayinələrlə, həm də gündəlik həyatda müşahidəolunan bəzi əlamətlərlə özünü göstərə bilər.
Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyininmütəxəssis eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
Onun sözlərinə görə, immunitetin zəif olub-olmadığını dəqiqbilmək üçün qan analizləri, ağ qan hüceyrələrinin səviyyəsi,vitamin və mineral göstəriciləri yoxlanılır:
“Bundan əlavə, insan özündə tez-tez xəstələnmə, infeksiyalarınağır və uzunmüddətli keçməsi kimi hallar müşahidə edirsə, bu artıqimmun sisteminin kifayət qədər güclü işləmədiyini göstərə bilər.Soyuqdəymə, qrip, boğaz ağrısı kimi xəstəliklərin tez-teztəkrarlanması, bədənin əvvəlki kimi tez toparlanmaması, uzun müddətdavam edən halsızlıq və enerji çatışmazlığı immunitetinzəifləməsinin əlamətlərindəndir”.
Mütəxəssis-ekspert bildirib ki, həmçinin dodaq uçuğunun tez-tezçıxması, ağızda aftalar, diş əti problemləri, dəridə yarananinfeksiyaların və kiçik yaraların belə gec sağalması da bədəninmüdafiə qabiliyyətinin azaldığını göstərə bilər:
“Bununla yanaşı, həzm sistemində pozğunluqlar, tez-tez ishal,şişkinlik, iştahasızlıq, stressə qarşı həssaslıq, yuxu pozuntularıvə ümumi psixoloji gərginlik də immun sisteminin zəifliyi iləəlaqəli ola bilər. Belə əlamətlər uzun müddət davam edərsə vəinsanın gündəlik həyat keyfiyyətini aşağı salarsa, səbəbiaydınlaşdırmaq və mümkün ciddi problemlərin qarşısını almaq üçünhəkimə müraciət etmək vacibdir”.