AZ

​“Kurtlar Vadisi”nin Qamzəsi illər sonra -

“Kurtlar Vadisi Pusu” serialında Memati Başın həyat yoldaşı Qamzə obrazını canlandıran maniken və aktrisa Didem Taslan illər sonra ortaya çıxıb. O, İstanbulda keçirilən bir tədbirdə görüntülənib.
Metbuat.az xəbər verir ki, 2008-2009-cu illərdə “Kurtlar Vadisi Pusu” serialında çəkilən aktrisa 16 il sonra yenə hamını təəccübləndirib. Didemin gənc və gözəl qalması diqqətdən yayınmayıb. Aktrisa jurnalistlərlə söhbət edib. O, “Kurtlar Vadisi Pusu” kimi populyar bir seriala çəkilməkdən məmnun qaldığını dilə gətirib.“O serial bir məktəb idi. Həmin məktəbdə oxumaq qürurvericidir”, - Didem Taslan deyib. Sənətçi yeni serialın anonsunu verib. Didem baxımlı bir ekran əsərinda yer alacağını istisna etməyib:

“Müzakirələr başlayıb”.

Seçilən
24
metbuat.az

1Mənbələr