AZ

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti yuxu rejiminin immun sisteminə təsirlərindən danışıb

Bakı. Trend:

Yuxu rejimi immun sisteminə və vitamin-mineral balansına çoxciddi təsir göstərir, bu təsir həm birbaşa, həm də dolayımexanizmlərlə baş verir. Keyfiyyətli və kifayət qədər yuxu zamanıorqanizm infeksiyalara qarşı qoruyucu sitokinlər istehsal edir,T-hüceyrələrin və NK hüceyrələrinin fəaliyyəti artır, immun yaddaşdaha sağlam işləyir.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyininmütəxəssis eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, bu isə virus və bakteriyalara qarşımüqavimətin yüksəlməsinə səbəb olur:

“Yuxu azaldıqda və ya qeyri-müntəzəm olduqda immun sistemzəifləyir, insan daha tez-tez xəstələnir, xəstəliklər daha uzunçəkir və xroniki iltihab riski artır. Bu zaman stress hormonu olankortizol yüksəlir və immun cavabı basqılayır. Davamlı olaraq gecə 6saatdan az yatmaq immun müdafiəni nəzərəçarpacaq dərəcədəzəiflədir. Yuxu pozuntusu vitamin çatışmazlığını birbaşa yaratmasada, onun əmələ gəlməsinə güclü zəmin yaradır. Yuxusuzluq həzm vəsorulma proseslərini zəiflədir, bəzi vitamin və minerallarınorqanizm tərəfindən istifadəsi azalır, hormonal balans pozulur. Gecyatıb gec duran insanlarda gün işığı ilə təmas azaldığı üçünxüsusilə D vitamini çatışmazlığı daha tez-tez müşahidə olunur”.

Mütəxəssis-ekspert bildirib ki, stress və yuxusuzluq iştahanıdəyişdirir, qeyri-sağlam qidalara meyl artır və bu da B qrupuvitaminləri, maqnezium, dəmir balansının pozulmasına səbəb olabilir:

“Maqnezium bu prosesdə həm səbəb, həm də nəticə rolunu oynayabilər, çünki onun çatışmazlığı yuxu keyfiyyətini daha dapisləşdirir. Uzunmüddətli gecə növbələri, xroniki yuxusuzluq,davamlı psixoloji stress, yeniyetməlik, hamiləlik və yaşlılıqdövrlərində bu təsirlər daha güclü hiss olunur. Sağlam immunsistemi və düzgün vitamin balansı üçün yuxunun müddəti və rejimiçox önəmlidir. Müntəzəm olaraq 7–9 saat yatmaq, axşam saatlarındaekran istifadəsini azaltmaq, gecə kofeinli içkilərdən uzaq durmaqimmun və ümumi sağlamlıq baxımından mühüm rol oynayır”.

Məqalədə:
Seçilən
129
4
az.trend.az

7Mənbələr