AZ

Merz Almaniyanın Ukraynaya qoşun yeritməyəcəyinə işarə etdi

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Parisdə keçirilən "Könüllülər Koalisiyası"nın iclasından sonra Almaniya kansleri Fridrix Merz ölkəsinin atəşkəsdən sonra belə Ukraynaya alman qoşunları yerləşdirmək niyyətində olmadığını açıq şəkildə bildirib.

Bizimyol.info xəbər verir ki, "BILD"in məlumatına görə, kansler bu məsələ ilə bağlı daxili siyasi müzakirələrin davam etdirilməsini mümkün hesab edir.

Merz həmçinin bildirib ki, hökumət və Bundestaq atəşkəs qüvvədə olduqdan və şərtləri məlum olduqdan sonra Almaniyanın Ukraynanın təhlükəsizliyinə dəstəyinin təbiətini və dərəcəsini müəyyən edəcəklər.

Kansler vurğulayıb ki, "Almaniya siyasi, maliyyə və hərbi cəhətdən töhfə verməyə davam edəcək".

Ukrayna mətbuatı xəbər verir ki, bir gün əvvəl Merz təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək Ukrayna prezidenti Vladimir Zelenskini gənc ukraynalı kişilərin ölkədə qalmasını və orduda xidmət etməsini təmin etməyə çağırıb.

O hesab edir ki, Ukrayna gənclərin Almaniyaya, Polşaya və ya Fransaya getməməsi üçün bunu təmin etməlidir. Onun sözlərinə görə, Ukraynada sülhə nail olmaq üçün güzəşt tələb olunacaq.

Eyni zamanda, İsveç Rusiya ilə sülh müqaviləsi imzalandıqdan sonra Ukraynaya Qripen qırıcı təyyarələri və Qara dənizin minalardan təmizlənməsi üçün resurslar verməyə hazırdır.

Fransa prezidenti Emmanuel Makron da atəşkəsdən sonra Ukraynaya "minlərlə fransız əsgəri" göndərilə biləcəyini bildirib. O, "bunlar döyüşdə iştirak edəcək qüvvələr deyil" deyə aydınlıq gətirib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
bizimyol.info

1Mənbələr