AZ

Uşaqların həyatı yalnız dərs və ev olmamalıdır Həkimdən ÇAĞIRIŞ

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Uşaqların güclü immuniteti üçün vaxtında vaksinlərin vurulması çox önəmlidir. Vaksinlərin yayındırılması uşağın sağlamlığına ciddi zərbə vurur və xəstəliklərlə mübarizəni çətinləşdirir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev vurğuladı.

Həkim nəzərə çatdırdı ki, uşaqların çoxu oturaq həyat tərzi keçirir.

"Məktəb və ev arasında daim hərəkətsiz qalan uşaqlar, evdə də telefon, kompüter və televizor qarşısında çox vaxt keçirirlər. Bu, metabolik problemlərin və immun sisteminin zəifləməsinin əsas səbəblərindəndir.

Uşaqlar mütləq aktiv həyat tərzində olmalı, gəzməli, idmanla məşğul olmalı və hərəkət etməlidirlər. Fiziki inkişaf zehni inkişaf üçün də vacibdir, fiziki sağlamlıq olmadıqda zehni inkişaf da tam təmin edilə bilməz. Uşaqların stres və gərginliyini azaltmaq, dərs və imtahan yükünü balanslı saxlamaq immunitetin güclənməsi üçün vacib şərtlərdəndir. Uşaqların həyatı yalnız dərs və ev olmamalı, aktiv və hərəkətli olmalıdır", - deyə o bildirdi.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
1
redaktor.az

2Mənbələr