"Çelsi"nin baş məşqçisi təyin olunan Liam Rosenyoru "Strasburq"da əvəzləyəcək mütəxəssisin kimliyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, Fransa klubu Qari Onilə tapşırılıb.
Liqa 1 təmsilçisi onun təyinatını rəsmi saytı vasitəsilə yayıb.
42 yaşlı ingiltərəli mütəxəssis bundan əvvəl ölkəsində "Vulverhempton" və "Bornmut" komandalarını çalışdırıb.
Qeyd edək ki, "Strasburq" Liqa 1-də 24 xalla yeddinci pillədə qərarlaşıb.