AZ

Budanov: “Ciddi nəticələr əldə olunub”

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, Ukrayna prezidenti ofisinin yeni rəhbəri Kirill Budanov belə deyib. “Bu müzakirələrin bütün təfərrüatları indiki mərhələdə ictimaiyyətə açıqlana bilməz. Lakin artıq nəzərəçarpacaq nəticələr əldə olunub və iş davam edir”, - Kiril Budanov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun sözlərinə görə, danışıqlar davamlı sülhün əldə olunmasına və Ukrayna üçün etibarlı təminatların təmin edilməsinə yönəlib. Xatırladaq ki, Parisdə danışıqlar yanvarın 6-da başlayıb və 7-də davam edib. Bir gün əvvəl isə Ukrayna və Fransa prezidentləri və Böyük Britaniyanın baş naziri müharibə bitdikdən sonra Ukraynaya çoxmillətli qüvvələr yerləşdirmək niyyəti haqqında bəyannamə imzalayıblar.

Politico: “ABŞ yaxasını kənara çəkir”

Sənəd Böyük Britaniya və Fransa kontingenti, habelə tərəfdaş qüvvələrin hərəkətləri üçün hüquqi baza yaradır, o cümlədən hava və dəniz məkanının təhlükəsizliyinin təmin edilməsini və Ukrayna Silahlı qüvvələrinin gücləndirilməsinin dəstəklənməsini nəzərdə tutur. - Böyük Britaniya və Fransa Ukrayna ərazisində hərbi bazalar yarada, silah və texnikanın saxlanması üçün təhlükəsizlik obyektləri yarada bilər”, - Böyük Britaniyanın baş naziri Kir Starmer vurğulayıb. Ukrayna prezidenti Volodimir Zelenski, öz növbəsində, bildirib ki, quruda, havada və dənizdə təhlükəsizlik elementlərinə rəhbərlik etməyə hazır olan ölkələr müəyyənləşdirilib. “Ukrayna ordusu koordinasiyanın əsas elementi olaraq qalır. Fransa və Böyük Britaniyanın hakimiyyət orqanları Ukrayna ilə birlikdə çoxmillətli qüvvələrin yerləşdirilməsi, sayı və silah növləri ilə bağlı razılığa gəliblər”, - Zelenski açıqlayıb. Bununla belə, Politico” nəşri Avropa ölkələrinin təmin etmək niyyətində olduğu Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində ABŞ-nin rolunun qeyri-müəyyən şəkildə qaldığını yazıb. Belə ki, Vaşinqton atəşkəs rejiminin monitorinqində iştirakına dair sənədi imzalamaqdan imtina edib. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
azvision.az

1Mənbələr