Gün ərzində davamlı yuxulu olmaq, tez-tez yatmaq istəyi və oyanıq qalmaqda çətinlik hipersomnia adlanan vəziyyətin əlaməti ola bilər.
Pravda.az bildirir ki, bu hal gecə kifayət qədər yatılsa belə ortaya çıxa və insanın gündəlik həyat keyfiyyətini ciddi şəkildə azalda bilər.
Mütəxəssislərin fikrincə, hipersomnia adi yorğunluqdan fərqlənir. Belə şəxslər iş zamanı, söhbət edərkən və ya yemək yeyərkən belə yuxuya meyilli ola bilirlər.
Daimi yuxu istəyinin əsas səbəbləri arasında yuxu pozğunluqları, uzunmüddətli yuxu çatışmazlığı, depressiya, piylənmə, nevroloji xəstəliklər və bəzi dərmanların yan təsirləri yer alır.
Araşdırmalar göstərir ki, vitamin çatışmazlığı, xüsusilə D vitamini azlığı da davamlı yuxululuq hissinə səbəb ola bilər.
Orqanizmdə vitamin balansının pozulması enerji səviyyəsinin aşağı düşməsinə və halsızlığa yol aça bilər.
Hipersomninin müalicəsi səbəbdən asılı olaraq dəyişir. Həyat tərzinin tənzimlənməsi, düzgün yuxu rejimi, balanslı qidalanma və bəzi hallarda dərman müalicəsi tətbiq oluna bilər. Davamlı yuxu istəyi yaşayan şəxslərin mütləq həkimə müraciət etməsi tövsiyə olunur.
Əminə Bayramova