AZ

Rəhbər maaşı alır, distant iş adı altında vəsaiti özünə götürür AÇIQLAMA

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Distant işin genişlənməsi üçün qanunvericiliyə elə də çox dəyişiklik etmək lazım deyil, xüsusilə özəl sektor üçün. Çünki özəl sektorda işəgötürən və işçi arasında əmək şəraiti istənilən formatda razılaşdırıla bilər".Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, dövlət sektoru üçün vəziyyət fərqlidir:"Dövlət sektorunda tənzimlənmə mütləqdir ki, sui-istifadənin qarşısı alınsın. Çünki burada bəzən belə hallar olur ki, kiminsə guya işə götürüldüyü göstərilir, amma əslində işləmir. Rəhbər maaşı alır, amma “işçi distant işləyir” adı altında vəsaiti özünə götürür".Vəkil bildirib ki, buna görə də dövlət sektorunda qanunvericilik tənzimlənməli, işçilərin və rəhbərlərin vəzifə və maaşları şəffaf şəkildə müəyyən edilməlidir.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
demokrat.az

1Mənbələr