AZ

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 10% artıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda işsizlikdən sığorta haqları üzrədaxilolmalar 228,9 milyon manata yaxın olub.

Trend bubarədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinəistinadən xəbər verir.

Məlumata görə, bu sahə üzrə daxilolmalar 2024-cü illə müqayisədə10 faiz artıb.

Qeyd edilib ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə10,5 faiz artaraq 173,3 milyon manatdan çox təşkil edib.

Ümumilikdə, 2025-ci il ərzində İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 353,5milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 853,5milyon manat çoxdur.

2024-cü illə müqayisədə vergi daxilolmaları 545,5 milyon manatvə ya 3,5 faiz artıb.

Seçilən
106
15
az.trend.az

10Mənbələr