ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
"İmmun sistemini gücləndirmək üçün yuxu rejimi, stress faktor düzgün idarə olunması, qidalanmanın yerində olması vacibdir”.
“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.
Onun sözlərinə görə, bəzi insanlar güclü yeməyi çox yemək kimi başa düşür:
“Yaxşı qidalanma odur ki, balanslı qidalanasan. Yağ, karbohidrat, proteyini də yeməyimizdə yer almalıdır. Ən əsas da sezona uyğun qidalanmaq lazımdır”.
Onun qeyd edib ki, qidalanmaya diqqət yetirmək vacibdir:
"Mövsümi meyvə və tərəvəzlərdən, xüsusilə C vitamini ilə zəngin sitrus meyvələri və itburnu dəmləməsindən bol istifadə etmək tövsiyə olunur. Sarımsaq və soğanın təbii antibiotik xüsusiyyətləri immuniteti dəstəkləyir.
Bal kimi arı məhsulları da bədənin müqavimətini artırmaq üçün faydalıdır. Bu vasitələr köməkçi xarakter daşıyır və ciddi immun çatışmazlığı varsa, mütləq həkim müayinəsi və laborator analizlər vacibdir”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.