525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ administrasiyası Venesuelada Nikolas Maduronun devrilməsindən sonra nəzərdə tutulan keçid rejimində mühüm rol oynaması gözlənilən əsas şəxsləri yaxından izləyir.
525.az xəbər verir ki, “Reuters” bununla bağlı yazı hazırlayıb.
Qeyd olunub ki, Tramp administrasiyası Venesuelanın daxili işlər naziri Diosdado Kabello ilə əməkdaşlıq etmək istəyir. Əgər naziri təklifi qəbul etməsə, potensial hədəf siyahısında ilk pillədə yer alacaq.

Məsələ ilə tanış olan üç mənbənin dediyinə görə, Tramp administrasiyası Kabelloya xəbər göndərib ki, müvəqqəti prezident Delsi Rodrigesə ABŞ tələblərini yerinə yetirməkdə və ölkədə asayişin bərpa olunmasında kömək etməlidir. Əks halda o, birbaşa hədəf alınacaq.
“Reuters”ə danışan mənbələrdən birinin sözlərinə görə, təhlükəsizlik qüvvələri üzərində təsiri ilə tanınan və geniş yayılmış insan haqları pozuntularında ittiham olunan Kabello, Trampın keçid dövründə sabitliyi təmin etmək üçün etibar etməyi planlaşdırdığı Maduro tərəfdarı azsaylı şəxslərdən biri kimi qəbul edilir.
İbrahim Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.