Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakının Binəqədi rayonunda, Svetlana Məmmədova küçəsində yaranan dərin çuxurlar sürücülər üçün ciddi problemlər yaradır.
Bu barədə Oxu.Az-a şikayət daxil olub. Bildirilib ki, metronun "Nəsimi" stansiyasının çıxışındakı küçədə yağıntılardan sonra yolun müxtəlif hissələrində iri və təhlükəli çuxurlar əmələ gəlib.

Sakinlərin sözlərinə görə, küçə sanki aidiyyəti qurumların diqqətindən kənarda qalıb. Stansiyanın birbaşa çıxışında yerləşməsinə baxmayaraq, yolun bərpası istiqamətində indiyədək heç bir tədbir görülməyib.
Ən böyük narahatlıq isə bu ərazidən istifadə edən avtomobillərin zədələnməsi ilə bağlıdır. Xüsusilə axşam və gecə saatlarında qaranlıq səbəbindən içi su ilə dolu olan və yolun enini tutan çuxurlara düşən avtomobillərə ciddi ziyan dəyir.
Oxu.Az-ın sorğusuna cavab olaraq Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, müraciətə əsasən əraziyə baxış keçirilib.
"Qeyd olunan problemlə bağlı aidiyyəti quruma müraciət olunub. Məsələ nəzarətimizdədir", - deyə məlumatda bildirilir.
Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə Oxu.Az-a açıqlamasında bildirib ki, müraciətlə bağlı aidiyyəti şöbəyə tapşırıq verilib.
"Əraziyə baxış keçiriləcək və problemin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılacaq", - A.Nəcəfli deyib.
Əzizə İsmayılova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.