AZ

Bakı Dövlət Universitetinin tədris laboratoriyaları üçün cihaz və avadanlıqların alınmasına 3.1 milyon sərf olunacaq

Bakı Dövlət Universitetinin tədris laboratoriyaları üçün cihaz və avadanlıqların satın alınmasına 3 138 201 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, universitet bu məqsədlə “Linkline” MMC ilə müqavilə bağlayıb.

 

Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni “Bir mənbə metodu” tətbiq olunub.

 

Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Çinarə Elbrus qızı Əlizadədir.

 

Cabir

Tarix: 7 Yanvar 2026, 16:22   
Seçilən
31
pravda.az

1Mənbələr