AZ

Yasamalda müştəri 50 qəpiyə görə taksi sürücüsünü döydü

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakının Yasamal rayonunda müştəri taksi sürücüsünə xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Şamaxı rayon sakini, 1977-ci il təvəllüdlü Ənvər taksi sürücüsü kimi bir neçə dəfə Müşfiqabad qəsəbəsinə onu aparan Əhməd ilə mübahisə edib. Aralarında yaranmış gediş haqqı qiyməti ilə bağlı mübahisə zamanı Əhmədin sol göz nahiyyəsindən qəsdən baş zərbəsi ilə vurub. Hadisəni törədən Ənvərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.İş üzrə ifadə verən Ənvər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Əhmədi 20 Yanvar dairəsində Müşfiqabad qəsəbəsi istiqamətinə gedən taksi sürücüsü kimi tanıyıb: “Bir neçə dəfə onunla müştəri qismində Müşfiqabaq qəsəbəsinə getmişəm. Hər dəfə onunla 2 manat müqabilində getmişəm. Məlum hadisə günü, saat 18 radələrində 20 Yanvar dairəsi yaxınlığında başqa bir taksiyə əyləşdim və Müşfiqabad qəsəbəsi istiqamətində getmək istədim. Bu zaman digər müştərilərin gəlməsini avtomobilin tam müştəri ilə dolmasını gözlədiyim vaxt oturduğum taksinin qarşı tərəfində Əhmədin müştərilərin Müşfiqabad istiqamətində hansı qiymətə apardığını soruşmuşam. Onun müştərini 1 manat 50 qəpiyə aparacağını dediyini eşitdim. Taksidən düşərək ona yaxınlaşdım və hansı səbəbə məni daima 2 manata, başqa şəxsləri isə 1 manat 50 qəpiyə apardığını soruşdum. Bu vaxt aramızda mübahisə yarandı. Mübahisənin böyüdüyünü görərək ətrafdakılara narahatçılıq verməmək üçün onu binanın sağ tərəfinə dəvət etdim. Orada isə onunla kobud danışdığım üçün onun sol göz nahiyyəsindən baş zərbəm ilə vurdum”.Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Məhkəmənin hökmü ilə Ənvər cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
demokrat.az

1Mənbələr