AZ

Azərbaycana görə cərimələnən erməninin cəriməsi belə ödəniləcək TƏFƏRRÜAT

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Beynəlxalq Xizək Federasiyası tərəfindən “Tour de Ski” turniri zamanı erməni xizəkçi Mikael Mikaelyana tətbiq edilən cəriməni Ermənistan Xizək Federasiyası ödəyəcək.

“Cebheinfo.az” xəbər verir ki, federasiyanın prezidenti Qaqik Sarkisyan bu barədə “Facebook”-da məlumat verib. Cərimə Mikaelyanın yarış zamanı formasındakı "Azərbaycan" sözünü yapışqanlı lentlə örtməsinə görə tətbiq edilib.

Bu işarə turnirin rəsmi sponsorunun adıdır. Belə ki, Azərbaycan Dövlət Turizm Agentliyi 2025-ci ildə Beynəlxalq Xizək Federasiyasının titul sponsoru olub. Buna görə də onun adı Dünya Kuboku mərhələlərində, dünya cempionatlarında və digər böyük yarışlarda iştirakçıların geyimlərində əks olunur.

Sarkisyanın sözlərinə görə, məsələ 2025-ci ilin may ayında ortaya çıxıb. O zaman bəlli olub ki, Azərbaycan təkcə Beynəlxalq Xizək Federasiyasının sponsoru olmayacaq, həm də tamhüquqlu üzv olacaq.

O qeyd edib ki, bu məsələni Beynəlxalq Xizək Federasiyasının prezidenti ilə görüşdə qaldırıb və Azərbaycanın iştirakının qəbuledilməz olduğunu vurğulayıb.

Federasiya rəhbəri Beynəlxalq Konqresdə Azərbaycanın tam üzvlüyünə qarşı səs verib. Ermənistanın mövqeyinə baxmayaraq, Azərbaycan Beynəlxalq Xizək Federasiyasının tamhüquqlu üzvü olub və “Azərbaycan” sözü sonradan Dünya Kuboku iştirakçılarının geyimlərində yazılıb.

“Tour de Ski” yarışı zamanı Mikaelyan könüllü olaraq "Azərbaycan" sözünün üstünü xüsusi lentlə örtüb. Bunun üçün idmançı münsiflər heyətinin iclasına dəvət olunub və orada öz mövqeyini bildirib. Lakin Beynəlxalq Xizək Federasiyası qaydaların pozulması səbəbindən ona maliyyə sanksiyası tətbiq ediblər.

Mikaelyan diskvalifikasiya olunmayıb, sadəcə cərimə olunub. Dəqiq cərimə məbləği hələ rəsmi olaraq federasiyaya bildirilməyib, müvafiq məlumat alındıqdan dərhal sonra dərc olunacaq. Sarkisyan məbləğdən asılı olmayaraq cərimənin Ermənistan Xizək Federasiyası tərəfindən ödəniləcəyini vurğulayıb: 

“Buna baxmayaraq, mən Mikaelianın hərəkətlərini alqışlayıram və onu ləyaqətli mövqe hesab edirəm”.

Xəzər

“Cebheinfo.az”

Açar sözlər:

erməni idman Azərbaycan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
1
cebheinfo.az

2Mənbələr