AZ

"Kurtlar Vadisi"nin aktrisası illər sonra – FOTO

Bir zamanların ən reytinqli serialı olan "Kurtlar Vadisi"ndə “Memati” obrazının sevgilisi “Qamze Güneş” rolunu canlandıran keçmiş model və aktrisa Didem Taslan uzun müddətdən sonra ortaya çıxıb.

Bizim.Media xəbər veir ki, o, qala gecəsində görüntülənib. Didem Taslan uzun müddətdir ekranlardan uzaqda sakit bir həyat sürür.

Son görünüşü ilə diqqət çəkən aktrisa "Kurtlar Vadisi" ilə bağlı açıqlama da verib:

"Mən 2007-2009-cu illərdə seriala çəkildim. Hələ də geri baxıram və o vaxtdan bəri vəziyyətin necə dəyişdiyini düşünürəm. Bütün pərəstişkarlarıma təşəkkür edirəm.

Bu, bir məktəb idi. Çox unikal bir serial idi. Ümid edirəm ki, bunun qədər təsirli və yaddaqalan olacaq yeni bir layihədə yenidən görüşəcəyəm, müzakirələrimiz davam edir".






Bizim.Media

Seçilən
71
1
bizim.media

2Mənbələr