ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ABŞ-nin qol güləşi üzrə idmançısı Timoti Levisi cəzalandırıb.
Bu barədə Oxu.Az-a AMADA-dan məlumat verilib.
Levisin 2025-ci ilin oktyabrında Bakıda keçirilən dünya çempionatı zamanı verdiyi nümunəsində qadağan edilmiş maddə (S1. Anabolik Androgenik Steroidlər (AAS)/ 19-norandrosterone; S1. Anabolik Androgenik Steroidlər (AAS)/ trenbolon metaboliti epitrenbolon) aşkarlanıb.
O, üç il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Levisin cəza müddəti 2028-ci ilin dekabrın 5-də başa çatacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.