Avropa İttifaqı əvvəllər Nikolas Maduronu tanımadığı kimi, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezin də legitimliyini tanımır. lakin ölkə hakimiyyəti ilə “məhdud əlaqələr” saxlamaq niyyətindədir.
Editor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Anita Hipper Brüsseldə keçirilən brifinqdə bildirib: “Delsi Rodrigez Venesuelanın müvəqqəti prezidenti kimi and içib, lakin hazırkı Venesuela hakimiyyəti öz mandatını demokratik dəyişikliklər arzularına cavab verməyən seçkilər əsasında əldə edib”, – deyə o bildirib.
Delsi Rodrigez Milli Assambleyanın sədri olan qardaşı Xorxe Rodrigez tərəfindən Venesuela prezidentinin səlahiyyətlərini icra edən kimi and içib. Elə həmin gün ötən ilin may ayında seçilmiş 283 parlament üzvü and içib. Mərasim ABŞ hakimiyyəti tərəfindən qaçırılan Venesuela prezidenti Nikolas Maduronun Nyu-Yorkda məhkəməsi fonunda baş tutub.
//Samir Qurbanov, Editor.az