AZ

Ən çox borcu olan ölkələrin siyahısı açıqlanıb

AzVision.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) 2025-ci il üzrə son hesabatına istinad edən “Visual Capitalist” nəşri ən çox borcu olan ölkələrin reytinqini açıqlayıb.

Borcu ÜDM-in 230%-ni təşkil edən Yaponiya siyahıda birinci yeri tutur. Bu, BVF-nin Yaponiya üzrə apreldəki 235%-lik proqnozundan 5% azdır.

“Bununla belə, Yaponiyanın yeni baş naziri Sanae Takaiti sərbəst pul siyasəti və milyardlarla subsidiyalarla “Abenomika”nı canlandırmağı planlaşdırır. Bunun borc səviyyəsinə müsbət təsir göstərməsi ehtimalı az olsa da, Yaponiya səhmləri seçkidən sonra rekord həddə çatıb”, - nəşr vurğulayır.

İkinci və üçnücü yerlərdə ÜDM-in 222%-i səviyyəsində dövlət borcu ilə müharibədən əziyyət çəkən Sudan, 176%-lə Sinqapur qərarlaşıblar.

Prezidenti bir neçə gün əvvəl ABŞ tərəfindən oğurlanan Venesuela və illərdir ki, daxili qeyr-sabitliklə üzlışmiş Livan ÜDM-in 164%-i səviyyəsində qeydə alınmış dövlət borcuna görə, anti-reytinq siyahısında 4-5-ci yerləri bölüşürlər.

6-cı yeri tutan Yunanıstan 147% nisbəti ilə Avropada ən yüksək borc yükünə malikdir - regional orta göstəricidən demək olar ki, iki dəfə çoxdur. Zəngin neft ehtiyatlarına malik olan Bəhreyn ÜDM-ə nisbətdə 143%-lik dövlət borcu ilə 7-ci yerdə qərarlaşıb.

İtaliya 2020-ci ildəki 155%-dən 137% nisbəti ilə dövlət borcunun ÜDM-lə müqayisəsində siyahıda 8-ci, Avropada isə ikinci yeri tutub.

Hesabatda Maldiv adaları 132%-lə 9-cu, Mozambik isə 131%-lə 10-cu yerdə qərarlaşıblar.
ÜDM-in həcmi ilə müqayisədə 125% dövlət borcu ilə yüklənmiş ABŞ bu göstəriciyə görə dünya reytinqində 11-ci yeri tutub.

Hazırda ABŞ-nin federal büdcəsinin 38 trilyon dollar olan ümumi borcuna hər il 1,8 trilyon dollar əlavə edəcəyi gözlənilir. “Visual Capitalist” nəşrinin fikrincə, ABŞ-nin borc nisbəti hazırda 125% təşkil etsə də, çox güman ki, onun artam tendensiyası davamlı olacaq.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
56
2
azvision.az

3Mənbələr