Suriya Ordusu Hələbdə PKK terror təşkilatının Suriya qolu YPG-yə qarşı məhdud hərbi əməliyyata başlayacaq.
Heftelik.az xəbər verir ki, ba barədə Suriya İnformasiya Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, PKK terror təşkilatının Suriya qolu YPG hazırda Suriya Demokratik Qüvvələri (SDQ) adı altında fəaliyyət göstərir.
Xatırladaq ki, son 3 gündə Hələbdə Suriya Ordusu və SDQ arasında toqquşmalarda ölənlərin sayı 4 nəfərə çatıb. Suriya Ordusu SDQ-nin hücumlarında bir əsgər və iki mülki şəxsin həlak olduğunu açıqlayıb. SDQ isə Suriya ordusunun hücumları nəticəsində bir mülki şəxsin öldüyünü və 17 nəfərin yaralandığını bildirir.
Qeyd edək ki, SDQ ötən ilin sonuna qədər Suriya Ordusuna inteqrasiya edilməli idi.