AZ

Zelenski Parisdə keçiriləcək danışıqların mövzularını açıqlayıb

Bakı, 7 yanvar, AZƏRTAC

Parisdə keçiriləcək Ukrayna-ABŞ danışıqlarında nümayəndə heyətləri münaqişənin həlli ilə bağlı mürəkkəb məsələləri müzakirə edəcəklər.

AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında qarşıdakı danışıqların mövzularını açıqlayıb. Onun sözlərinə görə, müharibənin dayandırılması ilə bağlı ən mürəkkəb məsələlər, yəni Zaporojye Atom Elektrik Stansiyası və ərazilər məsələləri Parisdə müzakirə olunacaq.

Zelenski nümayəndə heyətinə Ukrayna ilə Avropa ölkələri və ABŞ arasında liderlər səviyyəsində görüşlərin mümkün formatlarını da müzakirə etməyi tapşırdığını bildirib.

Seçilən
36
1
azertag.az

2Mənbələr