AZ

“Rahat Market – Metropark”da alılana “Cappy”dən görün nə çıxdı-Video

[center][/center]

Paytaxtda mağazadan alınan “Cappy” meyvə şirəsinin içindən naməlum cisim çıxıb.

Patrul.az-ın məlumatına görə, Nərimanov rayonu, Ağa Nemətullah küçəsi ilə kəsişmədə, Təbriz evləri, 106A ünvanında fəaliyyət göstərən “Rahat Market – Metropark” mağazasından “Cappy” adlı almalı meyvə şirəsi alan vətəndaş xoşagəlməz mənzərə ilə üzləşib.

Belə ki, vətəndaş cəmi 65 qəpik qiyməti olan meyvə şirəsinin dadında qəribəlik hiss etdiyindən onu qaba töküb. Bu zaman şirənin içərisindən uzunluğu və mənşəyi məlum olmayan yad cisim çıxıb.

“Qıcqırmaq kimi bir dad gəlirdi, qurddur, yoxsa ip? – Heç özümüz də bilmirik”, – deyə vəziyyətdən narazı vətəndaş bildirib.

Gündəlik istifadə olunan, xüsusilə də uşaqların tez-tez istehlak etdiyi bu qida məhsullunda bu cür halların baş verməsi ciddi narahatlıqlar yaradır.

Belə ki, vətəndaş şirəni içməyə davam etsəydi, onun mədəsinə daxil olan yad cisim müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilərdi.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.

VİDEO LİNKDƏ: [url=https://xalq.online/rahat-market-metropark-da-alilana-cappy-den-gorun-ne-cixdi-video]https://xalq.online/rahat-market-metropark-da-alilana-cappy-den-gorun-ne-cixdi-video[/url]

Seçilən
66
yenisoz.az

1Mənbələr