AZ

Taksi qiymətlərini süni şəkildə artıran kimlərdir? XƏBƏRDARLIQ

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Yanacağın qiymətinin azacıq artması müəyyən panika yaradır və bu vəziyyətdən sui-istifadə edənlər də olur. O cümlədən, taksi xidmətləri sahəsində bu hal müşahidə olunur”. Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.O deyib ki, bazar özü tənzimlənən bir sahədir və qiymətlərin konkret olaraq nə qədər artacağını əvvəlcədən demək çətindir:“Son günlərdə bir neçə istehlakçı mənə müraciət edərək taksi qiymətlərinin artması ilə bağlı narahatlıqlarını bildiriblər. Lakin müşahidə olunur ki, bəzi biznes subyektləri, xüsusilə xidmət sahəsində olanlar, yaranmış fürsətdən istifadə edərək, hətta cüzi artım olsa belə, qiymətləri süni şəkildə şişirdirlər və istehlakçılardan əsassız şəkildə artıq pul almağa çalışırlar. Bu isə artıq müəyyən bir problemin başladığını göstərir və müvafiq qurumların diqqət yetirməsini tələb edir. İstehlakçıların hüquqlarının qorunması və qiymət manipulyasiyalarına qarşı tədbirlərin görülməsi vacibdir”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
demokrat.az

1Mənbələr