ABC News mənbələrə istinadən xəbər verir ki, Tramp Venesueladan Çin, Rusiya, İran və Kuba ilə əlaqələri kəsməsini tələb edib.
Qeyd edək ki, 1976-cı ildə Prezident Karlos Perezin dövründə Venesuelanın neft sənayesi milliləşdirildi, lakin Venesuela yaradılan imkanlardan səmərəli istifadə edə bilmədi və neft ixracından əldə edilən gəlirləri öz neft hasilatı potensialını artıra bilmədi. ABŞ şirkətləri ölkədən qovuldu və onların yerini son 30 ildə Çin və Rusiya şirkətləri tutdu. İran və Kuba qüvvələri isə Venesuelada hakimiyyətin təhlükəsizlik məsələri ilə məşğuldurlar.