AZ

''Trabzonspor'' 7 milyon avroya müdafiəçi aldı!

İlk dövrəni 3-cü pillədə tamamlayan ''Trabzonspor'' heyətini müdafiəçi ilə gücləndirib.

Trabzon klubu Avstriya təmsilçisi ''Volfsberq''in mərkəz müdafiəçisi Çibuike Nvaivu ilə anlaşma əldə edərək onu Türkiyəyə gətirib. Bu transferin bitdiyini ''Volfsberq''in prezidenti Ditmar Riqler də təsdiqləyib. 193 sm boya malik olan Nvaivu dünən gecə saatlarında Türkiyəyə gəlib. Onu klub rəsmiləri qarşılayıb.

22 yaşlı futbolçu hava limanında verdiyi qısa açıqlamada ''Trabzonspor'' böyük klubdu və mükəmməl azarkeşləri var. Bura gəldiyim üçün xoşbəxtəm'' ifadəsini işlədib. Avstriya mənbələrinin yazdığına inansaq, bu transfer ''Trabzonspor''a 7 milyon avroya başa gələcək.

Peşəkar karyerasına vətənində başlayan Nvaivu 2024-cü ildən ''Volfsberq''in şərəfini qoruyurdu. O, Avstriya karyerasını 45 oyun, 5 qol, 1 məhsuldar ötürmə göstəriciləri ilə tamamladı.

Seçilən
19
1
football-plus.az

2Mənbələr