“Barselona” Markus Reşfordla bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu icarə əsasında heyətində olan 28 yaşlı hücumçunu birdəfəlik transfer etməyəcək. Mövsümün sonunda Reşford “Mançester Yunayted”ə geri qayıdacaq.
Bildirilib ki, bu qərara “Barselona”nın mövcud maliyyə durumu səbəb olub.
Qeyd edək ki, 2025-ci ilin iyulundan kataloniyalıların formasını geyinən Reşford bütün turnirlərdə 25 oyunda 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.